Opera və Balet Teatrında “Don Karlos”un premyerası olacaq
23 may 2014 17:26 (UTC +04:00)

Opera və Balet Teatrında “Don Karlos”un premyerası olacaq

İyunun 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Don Karlos” operasının premyerası olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşada əsas partiyaları əməkdar artistlər Əkrəm Poladov (II Filipp), Fəridə Məmmədova (Yelizaveta Valua), Səbinə Əsədova (Şahzadə Eboli) ifa edəcəklər. Don Karlos partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko dəvət olunub. Tamaşada  həmçinin  Anton Ferştandt (Rodriqo) və Tələt Hüseynov (Böyük İnkvizitor) da iştirak edəcəklər.
Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.

Qeyd edək ki, ilk dəfə Azərbaycan səhnəsində qoyulan bu əsərin ilk tamaşası 1867-ci ildə Parisdə təqdim olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545
avatar

Oxşar yazılar