Opera və Balet Teatrında  “İl Tabarro” operasının premyerası olacaq
16 yanvar 2014 22:11 (UTC +04:00)

Opera və Balet Teatrında “İl Tabarro” operasının premyerası olacaq

Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C.Puççininin “İl Tabarro” (“Plaş”) operasının premyerası olacaq.

 

Teatrdan APA - ya verilən məlumata görə, operanın quruluşunu həyata keçirmək üçün almaniyalı opera sənəti ustaları – quruluşçu-rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrofk dəvət edilib:

 

“L.Bauman uzun illər Münhen Opera və Balet Teatrında aparıcı solist, sonra isə quruluşçu-rejissor kimi çalışıb. Hazırda o, Bavariya Opera sənəti festivalının baş direktoru, xanım Korneliya fon Kerssenbrofk isə həmin festivalın musiqi rəhbəri və dirijorudur. K.Kerssenbrofk uzun illərdir ki, Azərbaycan Opera və Balet Teatrı ilə fəal əməkdaşlıq edir. Tamaşanın bütün not materialları onlar tərəfindən Almaniyadan gətirilib”.

 

Teatrdan əlavə ediblər ki, “İl Tabarro” operası Azərbaycanda ilk dəfə səhnəyə qoyulacaq. Tamaşada teatrın aparıcı solistlərindən əməkdar artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova,  gənc vokalçılar Afaq Abbasova, Fərid Əliyev, Anton Ferştandt, Əliəhməd İbrahimov, Tural Ağasıyev və Tələt Hüseynov çıxış edəcək. Tamaşanın konsertmeysteri Vəfa Əzizovadır. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092
avatar

Oxşar yazılar