Nitq qabiliyyətini itirdiyi deyilən Elmira Rəhimova danışdı
06 iyun 2014 19:09 (UTC +04:00)

Nitq qabiliyyətini itirdiyi deyilən Elmira Rəhimova danışdı

Bir müddət öncə mətbuatda nitq qabiliyyətini itirdiyi deyilən xalq artisti Elmira Rəhimova səhhətindən danışıb. Lent.az-ın məlumatına görə,  “ATV”nin “Öz aramızda” verilişinə qoşulan xalq artisti şəkər xəstəsi olduğunu deyib: “Şəkər xəstəsiyəm. Hələ ki, bu xəstəliyə dərman tapılmayıb. Bu xəstəliyi hər kəs bir cür yaşayır. Mənə bu vəziyyətdə bir çox telekanallardan dəvət gəlir. Amma özüm imtina edirəm efirlərdən. Allah qoysa, yaxşı olsam, efirlərə çıxacam. Tamaşaçının qarşısına belə çıxmaqdansa, efirə çıxmamaq yaxşıdır. Adam var hər gün efirə çıxmaq istəyir, amma bu, mənim xarakterimdən uzaqdır”.  

 

 

Qeyd edək ki,  E.Rəhimova 1941-ci il  avqustun 13-də Bakı şəhərində anadan olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1271

Oxşar yazılar