Nazir Sumqayıtda “Nizami”dən danışdı
04 oktyabr 2013 17:24 (UTC +04:00)

Nazir Sumqayıtda “Nizami”dən danışdı

Sumqayıtdakı "Nizami" kinoteatrının layihələndirmə işi 2014-cü ilə nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunu bu gün Sumqayıtın Tarix Muzeyində vətəndaşları qəbul edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Qəbulda Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşadan olan rayonlarından olan 40-a yaxın vətəndaş iştirak edib.

Nazirliyin məsul işçilərinin də iştirak etdikləri görüşdə vətəndaşlar müxtəlif məsələlərlə bağlı xahişlərini bildirib, təkliflərlə çıxış ediblər. Müraciətlərdə yerlərdə musiqi və incəsənət məktəblərinin, kitabxanaların fəaliyyətinin genişləndirilməsi, qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni musiqi məktəbinin açılması, mədəniyyət müəssisələrinin, kinoteatrların maddi-texniki bazasının yaxşılaşdırılması, tarix-mədəniyyət abidələrinin bərpası və digər məsələlər yer alıb. 

Vətəndaşları dinləyən nazir bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq addımların atılacağını deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1097
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar