Muxtar Maniyev xəstəxanaya yerləşdirilib
02 sentyabr 2016 14:57 (UTC +04:00)

Muxtar Maniyev xəstəxanaya yerləşdirilib

Xalq artisti Muxtar Maniyev xəstəxanaya yerləşdirilib.

 

Bu barədə APA-ya M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. Onun sözlərinə görə, sentyabrın 2-də xalq artistinin səhhəti qəfil pisləşib və onu Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsinə yerləşdiriblər. M. Maniyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Qeyd edək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib. Xalq artisti M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar