Fransanın Kann şəhərində Azərbaycan mədəniyyət həftəsi davam edir. Lent.az-ın məlumatına görə, Kannda Azərbaycanla bağlı foto-sərginin açılışı olub. Əsas məqsəd Azərbaycanın malik olduğu mədəni dəyərləri və bundan irəli gələn zənginliyi olduğu kimi Avropa tamaşaçılarına çatdırmaqdır.
Mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət ustalarının iştirakı ilə caz konserti də keçirilib. Konsertdə Azərbaycanın gənc cazmenləri olan Şahin Növrəslinin, İsfar Sarabskinin və istedadlı müğənni Səbinə Babayevanın çıxışları tamaşaçılarda böyük maraq yaradıb.
Musiqiçilərimiz Fransada
593