Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov "Şöhrət" ordeni ilə təltif edilib.
Lent.az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Kamran Sultan oğlu İmanov Azərbaycan Respublikasında müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə Kamran Sultan oğlu İmanov “Şöhrət” ordeni ilə təltif edilib.