Xırdalanda kişi ona yemək verməyən  arvadını döydü
25 iyul 2026 15:46 (UTC +04:00)

Xırdalanda kişi ona yemək verməyən arvadını döydü

0

Abşeronda kişi arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Zərdabi küçəsində qeydə alınıb.

İttiham aktına görə, 36 yaşlı Cavid İmanov (ad və soyad şərtidir) günorta saatlarında arvadını yuxudan oyadaraq, ona yemək hazırlamasını istəyib. Qadın isə bir azdan hazırlayacağını deyəndə Cavid əsəbiləşərək, qadını sillə və yumruq zərbələri ilə döyüb. Nəticədə zərərçəkən baş, sinə və bel nahiyələrindən xəsarət alıb.

Zərərçəkənin şikayəti əsasında Cavid polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs arvadı ilə barışdığını, zərərçəkən də həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Cavid İmanov məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar