Milli qəhrəmanlarımızdan bəhs edən “Qartal yuvası” sənədli- bədii filminin çəkilişləri yekunlaşıb. Bu barədə Lent. az-a filmin rejissoru və prodüseri Elnur Əliyev məlumat verib. O, bildirib ki, ekran əsəri Qazaxdan olan üç milli qəhrəman: Rafiq Alicanov, Mərifət Nəsibov, Şamoy Çobanova həsr olunub. Qazax, Füzuli, Şamaxı rayonlarında aparılan çəkilişlərin uğurla başa çatdığını deyən rejissor filmdə qəhrəmanların həyatlarının ən maraqlı anlarının əks olunduğunu bildirib.
Xatırladaq ki, filmin ssenari müəllifi Kamran Qasımov, quruluşçu operatoru Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır.
Film Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək İctimai Birliyinin köməkliyi ilə çəkilib.
Qeyd edək ki, “Qartal yuvası” rejissorun milli qəhrəmanlara ithaf olunan sayca ikinci filmidir.