Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi ilə bağlı bu ay silsilə tədbirlər keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent. az-a verilən məlumata görə, yubiley tədbirləri çərçivəsində Bakıda Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının 27-ci illik görüşü və Avrasiya Kitabxanalar Assambleyası (BAE) əməkdaşlıq təşkilatının XV iclası gerçəkləşəcək.
Tədbirlərdə 40-dan çox ölkədən 65 nəfər qonağın iştirakı gözlənilir. Qonaqlar həmçinin sentyabrın 23-də III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkanın açılış mərasimində də iştirak edəcəklər. 15-dən artıq ölkənin milli kitabxanası öz eksponatlarını sərgi-yarmarkada nümayiş etdirəcək. Sərgi yarmarkanın sonunda kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə olunacaq.