Mədəniyyət və Turizm Nazirliyi yaxın günlərdə respublikanın bölgələrində milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi istiqamətində yeni layihənin icrasına başlayacaq.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, respublikanın müxtəlif şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində, Muzey və digər sərgi salonlarında Mədəniyyət və Turizm Nazirliyinin fonduna məxsus görkəmli Azərbaycan rəssamlarının böyük bədii, tarixi, muzey və yüksək maddi dəyərə malik olan əsərlərinin təqdimatı keçiriləcək.
İlk belə səyyar sərgi 2015-ci il may ayının 26-dan iyun ayının 10-dək Xızı rayonunda keçiriləcək.
Qeyd edək ki, sərgiyə Azərbaycanın tanınmış rəssamı, Əməkdar incəsənət xadimi Kamal Əhmədin 7 əsəri təqdim olunacaq.