
Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar təqdim olundu
Sentyabrın 12-də Muzey Mərkəzində Prezident İlham Əliyevin sərəncamlarına əsasən, mədəniyyət nümayəndələri mükafatlandırılıblar.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu gün əlamətdar gündür: "Bu gün Prezidentin sərəncamlarının icrasını həyata keçirəcəyik. Bu şəxslər arasında həm ədəbiyyat, həm kino, həm də digər mədəniyyət nümayəndələri var. Bir neçə gün öncə belə mükafatlar təqdim olunub. Bu insanlar Azərbaycan tarixinə, mənəvi rifahına öz töhfələrini veriblər və bu gün də fəaliyyətlərini davam etdirirlər. Hər bir yaradıcı insanın arxasında fitri istedadla yanaşı, gərgin əmək, fədakarlıq, öz üzərində işləyərək axtarışlar prosesi durur".
Ə.Qarayev qeyd edib ki, sentyabrın 14-dən teatr və konsert mövsümü başlayır. Onun sözlərinə görə, mövsüm dahi bəstəkar Üzeyir Hacibəyliyə həsr olunan musiqi festivalı ilə başlanılacaq: "Növbəti beynəlxalq tədbir kitab yarmarkası olacaq. Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ikinci "Nəsimi" festivalı başlayacaq".
Daha sonra nazir tərəfindən mükafatlar təqdim olunub.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06