Latviya prezidenti muğamdan danışdı
22 oktyabr 2013 10:49 (UTC +04:00)

Latviya prezidenti muğamdan danışdı

Bir neçə gün öncə Latviyanın paytaxtı Riqada, musiqi akademiyasında Azərbaycan muğamı səsləndirilib. Bir neçə saat davam edən konsert proqramında xalq artisti Mənsum İbrahimov, “Qarabağ” qrupunun musiqiçiləri - tarzən Elçin Həşimov, kamança ifaçısı Elnur Əhmədov, Kamran Kərimov və Coşqun Sadıqov öz məharətlərini göstəriblər. Latviyanın prezidenti də tamaşaçılar arasında olub. Konsertdən sonra musiqiçilərimiz prezident A.Berzinşlə görüşüblər. 

 

 Mənsum İbrahimov səfər təəssüratları Lent. az-la bölüşüb:

"Konsert Azərbaycanın müstəqillik gününə həsr olunmuşdu. Biz konserti təbii ki, yenə də Qarabağ şikəstəsi ilə bitirdik. Məni ən çox təsirləndirən Latviya prezidentinin bu ifaya münasibəti oldu. Konsertdən sonra görüşdə o bizə dedi ki, Qarabağ şikəstəsinin sözlərini mən başa düşməsəm də, bir şeyi anladım ki, bu kosmik musiqidir. Hətta sonradan bizə xəbər verdilər ki, konsertin sabahı günü, Özbəkistan prezidenti İslam Kərimovu qəbul edən Latviya prezidenti ona muğamdan danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1298
avatar

Yalçın UĞUR

Oxşar yazılar