Əməkdar artist Lalə Məmmədova yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Baba Vəziroğluna, musiqisi Faiq Sücəddinova məxsus “Səni çox sevirəm” adlı bəstəni lentə aldırıb: “Bu gün yeni mahnımı dinləyicilərin ixtiyarına verdim. Sevgidən bəhs edir. Zamana, şəraitə, sınmayan, məğlub olmayan sevgilərin şərəfinə ifa etmişəm”.
Qeyd edək ki, “Səni çox sevirəm” adlı bəstənin aranjemanını Eldar Məmmədov, bekvokal Ülvi Cəfərovdur.