Azərbaycan nefti ucuzlaşdı
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,62 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 65,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,22 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 66,28 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətlə eynidir.
(Trend)
985