Tanınmış gürcü kinoaktyoru Vaxtanq Kikabidze siyasi sığınacağın verilməsi ilə bağlı Ukraynaya müraciət etməsi barədə bəyanatının zarafat olduğunu bildirib. Lent.az-ın xəbərinə görə, bu barədə “UNN” məlumat yayıb.
“Əgər Gürcüstanda nə isə baş verərsə mən Ukraynadan siyasi sığınacaq istəyərəm”, deyə aktyor mətbuatda yayılmış məlumatı şərh edərkən bildirib.
Qeyd edək ki, mətbuatda yayılmış məlumatlara əsasən, Kikabidze Kiyevdə mətbuat konfransı zamanı Ukraynadan siyasi sığınacaq istəmək niyyətini açıqlayıb: “Mən dünən yoldaşıma dedim, gəl Ukraynadan siyasi sığınacaq istəyək. O da “yaxşı” deyərək mənimlə razılaşdı”.