Kərim Kərimov haqqında sənədli filminin təqdimatı olub
27 may 2015 01:29 (UTC +04:00)

Kərim Kərimov haqqında sənədli filminin təqdimatı olub

Mayın 26-da Nizami Kino Mərkəzində görkəmli alim-konstruktor general-leytenant Kərim Kərimovun xatirəsinə həsr  edilən “Yüksəliş” sənədli filminin təqdimatı olub. APA-nın məlumatına görə, film “Salnamə” studiyasında dövlət sifarişi ilə tanınmış rejissor, xalq artisti Vasif Babayev tərəfindən çəkilib.  Vasif Babayev çıxışında sənədli filmin çəkiliş prosesi barədə danışıb.  

 

Filmdə müxtəlif illərdə çəkilmiş hadisələr birləşdirilib. Çəkilişlər Moskvada, Bakıda və Baykonurda aparılıb.

 

Filmin ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərov, 1970-1980-ci illərin xronika operatorları Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov, prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.

 

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev  film barədə fikrini bildirib.

 

Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri akademiklər Arif Paşayev və Arif Mehdiyevdir.

 

Tədbirdə Rusiya Elmlər Akademiyasının geologiya informasiya mərkəzinin direktoru, təyyarəçi-kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Valentin Lebedev və tibb elmləri doktoru, professor, SSRİ Dövlət mükafatı laureatı Natalya Korolyova da iştirak ediblər.

 

Filmin məsləhətçisi akademik Arif Mehdiyev, rusiyalı qonaqlar Kərim Kərimovla bağlı xatirələrini bölüşüblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar