İtaliya universitetində  Azərbaycan dili tədris edilir
01 mart 2013 20:09 (UTC +04:00)

İtaliya universitetində  Azərbaycan dili tədris edilir

 

İtaliya universitetində  Azərbaycan dili tədris edilir

İtaliyanın nüfuzlu təhsil ocağı olan Venesiya şəhərindəki Ka Foskari Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb. Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, universitetin Berenqo konfrans zalında bununla əlaqədar “Azərbaycan dili, tarixi və iqtisadiyyatı” adlı təqdimat keçirilib.


 

 

Tədbiri Universitetin rektoru professor Karlo Karraro açıb. Daha sonra tədbirdə Venesiyanın yerləşdiyi Veneto vilayəti prezidentinin diplomatik müşaviri Stefano Beltrame, Veneto Ticarət Palatalarının İttifaqı katibinin müavini Françesko Pareti, Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqov və TOBB İqtisadiyyat və Texnologiya Universiteti (Ankara) rektorunun məsləhətçisi, Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Ümit Özlale çıxış ediblər.

 

Tədbir zamanı Azərbaycanın tarixi, daxili və xarici siyasəti, iqtisadiyyatı, ölkəmizin müstəqillik əldə etdiyi illər ərzində əldə olunmuş nailiyyətlər və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

 

Tədbir zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılıb və Azərbaycanla bağlı müxtəlif mövzular üzrə geniş müzakirələr aparılıb. Tədbirdə universitetin müəllim və tələbə heyəti iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1241
avatar

Oxşar yazılar