İsfar Sarabski Parisdə çıxış edib
19 may 2014 14:12 (UTC +04:00)

İsfar Sarabski Parisdə çıxış edib

Mayın 16-da İsfar Sarabski “üçlüyü” “Saint-Germain-des-Prés” məşhur caz festivalı çərçivəsində Paris auditoriyası qarşısında çıxış edib.

 

Avropa Azərbaycan CəmiyyətindənAPA-ya verilən məlumata görə, artıq 14-cü dəfə təşkil olunan bu festival Paris caz təqviminin əsas anlarından biridir. Bu festivalın auditoriyasını tənqidçilər, musiqiçilər və pərəstişkarlar təşkil edirlər. Əksəriyyəti İsfarın özü tərəfindən yazılmış caz kompozisiyalarının zəngin qarışığının ifası Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən dəstəklənib. Konsert, əsas məramı mədəni mübadilə və mədəni müxtəlifliyin saxlanılmasından ibarət olan, “Maison des Cultures du Monde” mədəni mərkəzində baş tutub.

 

19 yaşında olarkən - 2009-cu ildə İsveçrənin Montre şəhərində keçirilən beynəlxalq caz festivalında fortepianoda solo ifasına görə mükafat da daxil olmaqla, son zamanlar İsfar bir çox mükafatlara layiq görülüb. O, Azərbaycan Respublikasının əməkdar artisti adını da alıb. Makar Novikov (bas) və Aleksandr Meşinlə (nağara) standart trioda çıxış edən İsfar Azərbaycanın ənənəvi musiqisi olan muğamla post-bop caz üslubunun qarışığını ifa edib.

 

Sözügedən trio bir neçə ildir ki, birlikdə çalışır. Bu, İsfar və innovasiyanı sevən Aleksandrın öz aralarında olan sıx əlaqəli ifasını dinləyəndə aydın olur.

 

İsfarın cıxışı auditoriyanı zəngin improvizasiyası ilə heyrətləndirən orqanla müşayiət edilən BFG (Beks Ferris Goubert) məşhur fransız triosunun çıxışı ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544
avatar

Oxşar yazılar