Yıldız Tilbedən səhnədə şok AÇIQLAMA:  "Bitən bir ömrün  nəyini bayram edim?"
18 iyul 2026 19:59 (UTC +04:00)

Yıldız Tilbedən səhnədə şok AÇIQLAMA: "Bitən bir ömrün nəyini bayram edim?"

0

Türkiyəli müğənni Yıldız Tilbe Bursada verdiyi konsert zamanı təşkil olunan ad günü sürprizi qarşısında səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, 60 yaşı tamam olan sənətçinin ad günü konsertin sonuna yaxın iş adamı İbrahim Sayın tərəfindən tort və xüsusi şou ilə qeyd olunub.

Lakin Yıldız Tilbe ad günü qeyd etməyi mənasız hesab etdiyini deyərək bunları söyləyib:

"Ad günü qeyd etmək mənə çox mənasız gəlir. Bitmiş 60 ilin nəyini qeyd edəcəyəm? 70 yaşımı görəcəyəmmi? Bilmirəm. Bitmiş bir şeyi qeyd etmək mənə qəribə gəlir. Amma təşəkkür edirəm. İbrahim, sən mənim üçün çox dəyərlisən. Mənim ad günü ilə bağlı fikrim belədir. Hər kəs üçün Allahdan xeyirli ömür, sağlamlıq və hüzur arzulayıram. Dünyada bundan önəmli heç nə yoxdur. 60 yaşından baxanda hər şey başqa cür görünür. 18 yaşında baxanda isə insanın qarşısında nə qədər arzular olur".

Sənətçinin bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi onun həyata fəlsəfi yanaşmasını dəstəkləsə də, bəziləri ad gününün insanın qazandığı təcrübələri qeyd etmək üçün xüsusi olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar