Avqustun 23-də Bakıda intellektual oyunlar üzrə beynəlxalq festival –“İçərişəhər Kuboku” turnirinin yekun mərhələsi keçiriləcək. Lent. az-ın məlumatına görə, festivala Moskvanın “Nə? Harada? Nə zaman?” elitar klubunun oyunçuları da qatılacaqlar.
Festivalda 30 komanda iştirak edəcək. Proqramda “Nə? Harada? Nə zaman?” və “Svoya iqra” oyunları üzrə turnirlərin təşkil olunması nəzərdə tutulur. “İçərişəhər Kuboku” festivalı ilk dəfədir. Bu qəbildən olan festivalların hər il keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, festival “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Azərbaycan İntellektual Klublar Assosiasiyasının nəzdindəki “İçərişəhər” İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə baş tutacaq.
Xatırladırıq ki, ilk üç mərhələ 2012-ci ilin noyabrından 2013-cü ilin aprelinədək keçirilib. Turnirin hər mərhələsində dünyanın 100-dən artıq ölkəsindən 500-dək komanda iştirak edib.