İlhamə Quliyevanın tənqid etdiyi direktor işdən çıxarıldı
25 may 2013 00:52 (UTC +04:00)

İlhamə Quliyevanın tənqid etdiyi direktor işdən çıxarıldı

Nadir Axundov AzTV-nin Mədəniyyət Departamentinin rəhbəri vəzifəsindən azad olunub. “Qafqazinfo”nun məlumatına görə, o, Mədəniyyət kanalına müdir müavini təyin edilib.

 

Nadir Axundovun yerinə isə Hikmət Şahbazov department direktoru təyin edilib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan xalq artisti İlhamə Quliyeva AzTV-də üzləşdiyi xoşagəlməz situasiya haqqında danışmışdı. Xalq artisti televiziyada özünə qarşı gördüyü münasibətlə bağlı ciddi ittihamlar səsləndirərək, Musiqi Departamentinin rəhbəri Nadir Axundovun televiziyada monopoliya yaratdığını bildirmişdi. İ. Quliyeva N. Axundovlun onun adını televiziyanın solisti siyahısından çıxardığını demişdi: “Mən bilirəm ki, ixtisara düşməyimdə Nadir Axundovun böyük rolu var. Mən dövlət başçısının qəbuluna düşə bilirəm, amma AzTV-nin efirinə yox”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2203
avatar

Oxşar yazılar