II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək
21 aprel 2014 13:07 (UTC +04:00)

II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

İyunun 25-dən 29-dək Bakıda II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, dünyanın onlarla ölkəsinin qatılacağı bu festivalın keçirilməsində məqsəd turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub. 

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 


Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə Gümüş mükafat - diplom və mükafat, III yerə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə isə QRAN PRİ - diplom, mükafat və 4000 avro pul veriləcək. 
 

BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək.



Qeyd edək ki, BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar