APA-nın məlumatına görə, klassik musiqi gecəsi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunub.
İtzhak Perlman Bakı tamaşaçıları qarşısında tanınmış pianoçu Rohan de Silvanın müşayiəti ilə çıxış edib. Klassik musiqi gecəsində dahi bəstəkarlar Lüdviq van Bethoven, Riçard Ştrauss və Klod Debüssinin ölməz əsərləri təqdim olunub.
Heydər Əliyev Mərkəzində çıxış etməkdən məmnun olduğunu söyləyən İtzhak Perlmanın konsertində tamaşaçılar zövqlü anlar yaşayıb. Seyrçilərin ardı-arası kəsilməyən alqışları musiqiçiləri yenidən səhnəyə qayıtmağa və yeni əsərlər ifa etməyə vadar edib. Konsert proqramının sonunda İtzhak Perlman Şimalı Amerikadan çıxışını izləmək üçün Bakıya gələn fanat qrupu ilə görüşüb.