Heydər Əliyev Mərkəzi konsert proqramlarını təxirə saldı
20 may 2015 16:24 (UTC +04:00)

Heydər Əliyev Mərkəzi konsert proqramlarını təxirə saldı

Heydər Əliyev Mərkəzi Bakıdakı yaşayış binasında yanğın hadisəsi ilə əlaqədar konsert proqramlarını təxirə salıb.

 

Mərkəzdən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermış hadisə ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınıb. Bununla əlaqədar, Muğam Televiziya Müqabiqəsinin final mərhələsinə həsr olunan konsert Heydər Əliyev Mərkəzində mayın 29-da keçiriləcək. Eyni zamanda əməkdar artist Tünzalə Ağayevanın mayın 22-də və 23-də Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti mayın 31-də və iyunun 1-də keçiriləcək. İndiyədək konsertə alınmış biletlər etibarlı sayılır. Mayın 22-si üçün alınmış biletlər mayın 31-i, mayın 23-ü üçün alınmış biletlər isə iyunun 1-də qüvvədədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191

Oxşar yazılar