Bu gün Akademik Milli Dram Teatrında xalq artisti Hacağa Abbasovun anadan olmasının 125 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. Teatrdan Lent. az-a verilən məlumata görə, tədbirin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğludur.
Xatirə gecəsində Hacağa Abbasovun oynadığı tamaşalardan parçalar nümayiş olunacaq, aktyorun yaradıcılığına bələd olan sənətçilər xatirələr söyləyəcəklər.
Qeyd edək ki, aktyor 1888-ci il iyunun 16-da Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. Bakı Teatr Texnikumunda direktor, Azərbaycan İncəsənət İşləri İdarəsi Teatr şöbəsinin rəisi və s. vəzifələrdə çalışıb. “Xatirələrim” kitabının müəllifidir. Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb. Xalq artisti 1975-ci il mayın 7-də Bakıda vəfat edib.
Hacağa Abbasovun 125 illiyi qeyd olunacaq
804