Gülxar Həsənova “Leyli və Məcnun” la yad ediləcək
03 dekabr 2013 18:32 (UTC +04:00)

Gülxar Həsənova “Leyli və Məcnun” la yad ediləcək

Dekabrın 8-də mərhum sənətkar, xalq artisti Gülxar Həsənovanın 95 illik yubileyi münasibəti ilə Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası göstəriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşada əsas partiyaları xalq artistləri Nəzakət Teymurova (Leyli) və Mənsum İbrahimov (Məcnun) ifa edəcəklər.  Opera tamaşasını əməkdar incəsənət xadimi Sevil  Hacıyeva idarə edəcək.

Qeyd edək ki, Gülxar Həsənova  1942-1992-ci illərdə Opera və Balet Teatrının solisti olub və teatrın repertuarındakı əksər milli opera tamaşalarında aparıcı partiyalarda  Leyli  (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Şahsənəm (“Aşıq Qərib”), Ərəbzəngi (“Şah İsmayıl”), Xanəndə qız (“Koroglu”) və s. çıxış edib. Onun yaratdığı bütün obrazlar dolğunluğu, kamilliyi və təbiiliyi ilə seçilib. Dekabrın 10-da onun 95 yaşı tamam olur.

 

 

                        

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar