Gənc Tamaşaçılarda Şekspirin 450 illik yubileyi münasibətiylə yeni tamaşa
01 dekabr 2014 12:35 (UTC +04:00)

Gənc Tamaşaçılarda Şekspirin 450 illik yubileyi münasibətiylə yeni tamaşa

Dekabrın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir tamaşanın premyerası olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, görkəmli ingilis dramaturqu U. Şekspirin anadan olmasının 450 illiyi münasibətilə kollektiv dramaturqun “III Riçard” tamaşasını təqdim edəcək

 

Tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

 

Səhnə əsərində əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar