Pantomima teatrı noyabr ayı üçün repertuarını açıqlayıb. Teatrdan Lent. az-a verilən məlumata görə, kollektiv aya Üzeyr Hacıbəylinin “Dulusçu” tamaşasıyla start verəcək. Növbəti tamaşalar Z. Zeynalovun “Maska”, A. Ryünoskenin “Kesa və Morito”, A. Şaiqin “Tıq-Tıq”, Ç. Aytmatovun “Manqurt” olacaq.
Noyabrın ikinci on günlüyündə tamaşaçılar B.Xanızadənin “Eşq”, Dədə Qorqud dastanından “Dəli Domrul” tamaşalarını izləyə bilərlər.
Noyabrın 23-də B.Xanızadənin “No Comment” tamaşası təqdim olunacaq. Ondan bir gün sonra tamaşaçılar Antuan de Sent Eqzuperin “ Balaca Şahzadə” və “Manqurt” tamaşasının təkrarına baxa biləcəklər. Teatrı ayı B.Xanızadə “Zibillik Pərvanələri” tamaşasıyla başa vuracaq.