Fidan və Xuraman Qasımova bacılarının konserti anşlaqla keçdi
22 noyabr 2015 03:42 (UTC +04:00)

Fidan və Xuraman Qasımova bacılarının konserti anşlaqla keçdi

0

Ötən axşam Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli opera müğənniləri, Azərbaycanın xalq artistləri Fidan və Xuraman Qasımova bacıları “Sizinlə bu axşam Fidan və Xuraman” adlı geniş konsert proqramı ilə çıxış ediblər.

 

Lent.az-ın məlumatına görə, anşlaqla keçən konserti dirijor, xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

 

Konsertdə xalq və bəstəkar mahnıları ilə yanaşı, dünya vokal sənətinin incilərindən olan bir sıra kompozisiyalar səsləndirilib.

 

Konsertdə xalq artisti Alim Qasımov, tanınmış caz ifaçısı Emil Əfrasiyab müxtəlif ifalarla çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar