Fidan Hacıyeva Heydər Əliyev Sarayında solo konsert verib
20 aprel 2014 01:00 (UTC +04:00)

Fidan Hacıyeva Heydər Əliyev Sarayında solo konsert verib

0

Əməkdar artist, Dövlət Akademik Opera və Balet Teatrının  solisti Fidan Hacıyeva aprelin 19-da Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, "Sevgili canan" adlanan konsertdə F. Hacıyevanı Opera və Balet Teatrının Simfonik Orkestri müşayiət edib. Konsertin repertuarında operanın sintezi və pop-caz qrupunun birləşməsi əks olunub.

 

Konsertdə çıxış edən F. Hacıyeva klassik musiqini sevən, qiymətləndirən tamaşaçıların onunla bir yerdə olmağından məmnun olduğunu bildirib. Konsertə dirijorluğu Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Cavanşir Cəfərov edib.

 

Əməkdar artist repertuarında olan Azərbaycan və dünya klassik musiqi nümunələrindən parçalar səsləndirib.

 

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA, Lent.azVesti.az informasiya agentliklərinə məxsusdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1253

Oxşar yazılar