Fərhad Bədəlbəyli: “O olmasaydı..."
18 sentyabr 2014 11:57 (UTC +04:00)

Fərhad Bədəlbəyli: “O olmasaydı..."

 

18 sentyabr - Milli Musiqi Günü münasibətilə keçirilən silsilə tədbirlər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında davam etdirilib. Lent.az-ın məlumatına görə, mərasimdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri Ü. Hacıbəyovun əsərlərini səsləndirib.

 

 

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Üzeyir Hacıbəylinin doğum gününün Azərbaycan xalqı üçün musiqi bayramına çevrildiyini bildirib. Nazir müavini çıxışında onu da qeyd edib ki, bizim musiqimiz nəinki Azərbaycanda, hətta bütün dünyada zəngin Azərbaycan mədəniyyətini təmsil edir: “Azərbaycan musiqisi böyük inkişaf yolu keçib və böyük ənənələr bu gün də davam etməkdədir. Builki musiqi bayramında dünyanın müxtəlif ölkələrindən ən məşhur musiqiçilər, musiqi kollektivləri iştirak edirlər və qarşıdakı günlərdə siz onların konsertlərini dinləyə biləcəksiniz. Bu böyük musiqi bayramı münasibətilə hamını təbrik edirəm”.

 

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Üzeyir bəyin həyat və yaradıcılıq yolundan danışıb: “Biz hamımız fəxr etməliyik ki, Üzeyir bəy kimi şəxsiyyətimiz var. O olmasaydı, Azərbaycanda nə opera, simfonik musiqi olmayacaqdı. Hamınızı təbrik edirəm, inanıram ki, Üzeyir bəyin musiqisi bütün dövrlərdə seviləcək, ifa olunacaq və yaşayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51