Əzizə Mustafazadə beynəlxalq festivalda çıxış edib
29 aprel 2014 03:05 (UTC +04:00)

Əzizə Mustafazadə beynəlxalq festivalda çıxış edib

Aprelin 26-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin dəstəyi, habelə "Novı Sad" Beynəlxalq Musiqi Festivalının ("NOMUS") təşkilatçılığı ilə Serbiyanın mədəniyyət və incəsənət paytaxtı hesab edilən Novı Sad şəhərində dünya şöhrətli musiqiçi Əzizə Mustafazadənin  konserti keçirilib.

Azərbaycanın Serbiyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, "NOMUS" beynəlxalq musiqi festivalı çərçivəsində təşkil olunan bu konsertdə həm yerli, həm də xarici tamaşaçılar Ə.Mustafazadənin özünəməxsus və rəngarəng ifasını heyranlıq və gurultulu alqışlarla qarşılayıb, konsertin yekununda onu üç dəfə təkrar ifa üçün səhnəyə çağırıblar.

 

Səfirliyin dəvəti ilə Serbiyanın hökumət və parlament üzvləri, Novı Sad şəhərinin rəhbərliyi, eləcə də Serbiyanın tanınmış siyasi, ictimai və mədəniyyət xadimləri, həmçinin Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri qeyd olunan konsertdə tamaşaçı qismində iştirak ediblər. Konsert Serbiya KİV-də geniş işıqlandırılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662
avatar

Oxşar yazılar