Əməkdar artist Ənvər Həsənovun yubiley tədbiri keçirilib
18 avqust 2015 21:10 (UTC +04:00)

Əməkdar artist Ənvər Həsənovun yubiley tədbiri keçirilib

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycanın əməkdar artisti Ənvər Həsənovun 65 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib. Kinostudiyadan APA-ya verilən  məlumata görə, Ə. Həsənov  50 ildir ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərir, aktyor kimi filmlərə çəkilir, eyni zamanda ikinci rejissor kimi filmlərin istehsalı ilə məşğul olur:

 

“Aktyor və rejissor Ənvər Həsənovun milli kino tariximizdə layiqli yerini tutmuş Muradı (“Uşaqlığın son gecəsi”), Cəlalı (“Yeddi oğul istərəm”), Şahbaz bəyi (“Dərviş Parisi partladır”) bugünkü gənclərimizin simvollarıdır. Bu obrazlara ekran həyatı verən aktyora həmin qəhrəmanlar tamaşaçı sevgisi və alqışı bəxş edirlər. Ənvər müəllimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, kinomuzun inkişafı naminə gördüyünüz bütün işlərdə uğurlar diləyirik”. 

 

Qeyd edək ki, Ə. Həsənov 1950-ci ildə Bakıda anadan olub.  1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olub,  1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M.A.Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır.

 

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar

Ən yaxşı 7 macəra  filmi -VİDEO

Ən yaxşı 7 macəra filmi -VİDEO

29 aprel 2025 , 17:28
"Avatar"ın məşhur obrazı real həyatda  necə görünür?

"Avatar"ın məşhur obrazı real həyatda necə görünür?

29 aprel 2025 , 15:22
Məşhur yazıçı  öldürüldü

Məşhur yazıçı öldürüldü

28 aprel 2025 , 22:08
2025-in ən yaxşı  5 komediya   serialı -VİDEO

2025-in ən yaxşı 5 komediya serialı -VİDEO

28 aprel 2025 , 17:56
Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

28 aprel 2025 , 15:08
2025-ci ilin ən vacib  filmlərindən biri - "Müqəddəs əncirin toxumu" -  VİDEO

2025-ci ilin ən vacib filmlərindən biri - "Müqəddəs əncirin toxumu" - VİDEO

28 aprel 2025 , 13:30
Aktyor Möylə Mirzəliyev vəfat etdi

Aktyor Möylə Mirzəliyev vəfat etdi

28 aprel 2025 , 12:41
Əhvalınızı düzəldəcək 5 film

Əhvalınızı düzəldəcək 5 film

28 aprel 2025 , 12:06