Əliağa Vahidin yubileyinə həsr olunmuş ədəbi-bədii məclis olub
21 aprel 2014 20:14 (UTC +04:00)

Əliağa Vahidin yubileyinə həsr olunmuş ədəbi-bədii məclis olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi məşhur qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əliağa Vahidin 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii məclis keçirib.

 

Muzeyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Kürdəmir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə muzeyin Aran şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı ədəbiyyat və musiqimizdə özünəməxsus, əvəzsiz rolu olan Ə. Vahidin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

 

Filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev, əməkdar müəllim İmran Sabirov, yazıçı-publisist, AYB-nın tərcümə bölməsinin rəhbəri İlqar Fəhmi Əliağa Vahidin yaradıcılığının əsas məziyyətlərindən, qəzəl janrının ənənəvi klassik xüsusiyyətlərinə riayət etməklə bərabər sadə, xalq danışıq tərzinə yaxın yazı üslubu ilə ədəbiyyata yeni nəfəs gətirməsindən, publisistik fəaliyyəti, satira sahəsindəki orijinal xüsusiyyətləri, tərcümələri, Azərbaycan muğam ifaçılarının tərəqqisinə xidmətlərindən söhbət açıblar.

 

Sonra şairin səsi yazılmış lent yazıları səsləndirilib, onun həyat və yaradıcılığından bəhs edən “Qəzəlxan” filmindən parçalar nümayiş etdirilib. Məclisdə tamaşaçılar, Vahidsevərlər şairin əsərlərindən parçalar söyləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Oxşar yazılar