Əhsən Dadaşovun 90 illiyi münasibəti ilə müsabiqə keçirilib
20 iyun 2014 20:49 (UTC +04:00)

Əhsən Dadaşovun 90 illiyi münasibəti ilə müsabiqə keçirilib

Ağdamda görkəmli tarzən Əhsən Dadaşovun anadan olmasının 90 illiyi münasibətilə milli musiqi alətləri ifaçılarının ikinci müsabiqəsi keçirilib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, baxış-müsabiqə bölgələrdə yerləşən orta və orta-ixtisas musiqi məktəblərində təhsil alan şagird və tələbələr arasında keçirilib.

 

Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yaqut Şıxseyidqızı APA-ya açıqlamasında bildirib ki, bu müsabiqə respublikanın bütün regionlarını əhatə edir, münsiflər tərəfindən seçilən ifaçılar yekun konsert-müsabiqədə iştirak etmək hüququ qazanacaq.

 

Tədbirin əsas özəlliklərindən biri də odur ki, yekunda qalib gələn tələbə və şagirdlərin müəllimləri də mükafatlandırılacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646
avatar

Oxşar yazılar