Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq rəssamı Toğrul Nərimanbəyovun məzarını ziyarət edib. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazir Parisə Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibəti ilə keçirilən mərasimdə iştirak etmək üçün gedib. Səfər çərçivəsində nazir Ə. Qarayev Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatı laureatları, SSRİ və Azərbaycanın Xalq Rəssamı, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyovun məzarı üzərinə gül dəstələri qoyub.
Qeyd edək ki, Toğrul Nərimanbəyov cari il iyunun 2-də 83 yaşında Parisdə vəfat edib.