Əbülfəz Qarayev də jurnalistləri təbrik etdi
22 iyul 2014 18:39 (UTC +04:00)

Əbülfəz Qarayev də jurnalistləri təbrik etdi

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistləri təbrik edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, nazir Azərbaycan Mətbuatının 139-cu ildönümü münasibəti ilə bütün mətbuat orqanlarının əməkdaşlarını təbrik edib: “Azərbaycanda milli mətbuatın yaranması tarixinin təntənə ilə qeyd edilməsi artıq ənənə halını alıb. Bu ənənə ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ildə verdiyi fərmanla başlayıb və bu günə qədər də uğurla davam etdirilir. Həsən bəy Zərdabi irsi, vicdanlı jurnalistika ənənələri 22 iyul tarixini əsil jurnalistika bayramına çevirib. Ötən müddət ərzində Azərbaycan mətbuatı çətin və mürəkkəb mərhələlərdən keçib. Zamanın müxtəlif dönəmlərində ağır sınaqlarla üzləşən milli mətbuatımız bu gün də sürəkli inkişaf yolundadır. Mədəniyyət və turizm mövzularının daim gündəmdə olması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Doğrudur, medianın bu mövzulara bəzi hallarda subyektiv yanaşmasını müşahidə etsək də, ümumən, bu sahənin mətbuatın və cəmiyyətin diqqətində olması bizi sevindirməyə bilməz”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar