Əbülfəs Qarayev Moskvada səfərdədir
20 iyun 2014 18:09 (UTC +04:00)

Əbülfəs Qarayev Moskvada səfərdədir

0

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyasında rəsmi səfərdədir. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində Rusiyanın Mədəniyyət Nazirliyində "Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində 2014-2016-cı illər üçün əməkdaşlıq proqramı" imzalanıb. Sənədi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Rusiyanın mədəniyyət naziri Vladimir Medinski imzalanıb.

 

Ə. Qarayev idarələrarası əməkdaşlıq proqramının imzalanmasından sonra jurnalistlərə bildirmişdir ki, iki dövlət arasında humanitar siyasət sahəsində əməkdaşlıq haqqında dövlətlərarası müqavilə mövcuddur. Bu müqavilə elm, mədəniyyət, təhsil və digər sahələri əhatə edir.

 

 

V. Medinski bildirib ki, Rusiya ilə Azərbaycanı təkcə müqavilə deyil, həm də istər nazirlik, istərsə də regionlar səviyyəsində daimi sıx fəaliyyət bağlayır: “Bir sıra regionlar Azərbaycanın mədəniyyət müəssisələri ilə birbaşa çox səmərəli işləyirlər".

 

Daha sonra Ə. Qarayev fəxri qonaq qismində 36-cı Moskva Beynəlxalq Kinofestivalının açılış mərasimində iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 609

Oxşar yazılar