Lent.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, nümayişin təşkilatçısı qismində yenidən YARAT Müasir İncəsənət Məkanı çıxış edəcək. Hazırda festival 90 ölkə, 300 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya boyu 1400 nümayiş təklif edir.
Mövcud olduğu 10 il ərzində festival Finlandiyadan tutmuş Meksikaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır. «Future Shorts” festivalının Yaz Mövsümü özündə 8 filmi birləşdirir.
Nümayiş 19-21 sentyabr tarixində Yay qalereyasında baş tutacaq.