Daşkənddə Azərbaycan rəssamlarının akvarel əsərlərinin sərgisi keçiriləcək
18 aprel 2014 21:44 (UTC +04:00)

Daşkənddə Azərbaycan rəssamlarının akvarel əsərlərinin sərgisi keçiriləcək

Aprelin 25-də Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistan Təsviri İncəsənət Qalereyasının sərgi zalında "Odlar yurdunun baharı" adlı Azərbaycan rəssamlarının akvarel əsərlərinin sərgisi keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgi Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunub.

 

Sərginin təşkilatçıları Azərbaycanın Özbəkistandakı səfirliyi, Özbəkistanın Təsviri İncəsənət Qalereyası, Azərbaycan Dövlət Rəsm Qalereyasıdır.

 

"Odlar yurdunun baharı" adlı iki günlük sərgidə 10-dan çox Azərbaycan rəssamlarının - Azad Şıxəliyevin, Hafiz Kərimovun, İlahə Əliyevanın, Humay Axundovanın, Məmmədhüseyn Hüseynovun, Asif Cəfərovun, Elşad Hüseynovun və başqalarının 50-ə yaxın sulu boya ilə çəkilmiş əsərləri nümayiş olunacaq.

 

Sərgidə Özbəkistanın tanınmış rəssamları, akvarel əsərlərin müəllifləri, sənətşünaslar, Özbəkistan Rəssamlıq Akademiyasının nümayəndələri və başqa qonaqlar iştirak edəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416
avatar

Oxşar yazılar