Cavad Heyətin köməkçisi: “Səfirlikdəki vəsiyyətnamə köhnədir”
18 avqust 2014 16:50 (UTC +04:00)

Cavad Heyətin köməkçisi: “Səfirlikdəki vəsiyyətnamə köhnədir”

"Cavad Heyətin İran səfirliyində olan vəsiyyətnaməsi köhnədir. Bu vəsiyyətnamə üç il əvvəl doktor Heyət tərəfindən səfirliyə təqdim olunub".

 

Bunu APA-ya açıqlamasında mərhum professorun ailə dostu və köməkçisi olmuş Baxşəli Zülfi bildirib.

 

Onun sözlərinə görə, səfirliyin açıqlamasında həqiqət var: “Cavad Heyətin Tehranda dəfn olunmasını yazdığı vəsiyyətnamə var, amma o köhnədir. Mən bildiyimə görə, orda üç yer göstərilmişdi, amma sonradan o vəsiyyətnamə dəyişdirilib. Çox güman ki, səfirlik köhnə vəsiyyətnaməni əsas götürüb. Həm də mən bu barədə geniş danışmaq istəməzdim, o qədər geniş məlumata malik deyiləm. Mərhumun qardaşı Məhəmmədrza Heyət məsələ ilə bağlı açıqlama verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1226
avatar

Oxşar yazılar