Bu gün ilaxır çərşənbədir - <span style="color:red;">konsert və atəşfəşanlıq olacaq
17 mart 2015 08:00 (UTC +04:00)

Bu gün ilaxır çərşənbədir - konsert və atəşfəşanlıq olacaq

Bu gün Novruzun sonuncu çərşənbəsidir. Lent.az-ın məlumatına görə, xalq arasında “yer çərşənbəsi”, “ilaxır çərşənbə” və ya “torpaq çərşənbəsi” adı ilə tanınan bu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İnanca görə, torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

İlaxır çərşənbə el arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar. 

Bu gün ilaxır çərşənbə münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən saat 11.00-da metronun İçərişəhər stansiyasının yanından Novruz personajlarının iştirakı ilə hərəkət edən “bayram karvanı” - süvarilər, dəvə və faytonların da qatılması ilə Bakının Fizuli meydanının qarşısındakı yeni istirahət parkı, Azadlıq meydanı, metronun Koroğlu stansiyasının yaxınlığında yerləşən Büllur fəvvarənin ətrafındakı istirahət parkı, Səməd Vurğun istirahət parkında Novruz şənlikləri keçiriləcək.

Heydər Parkında (Mərkəzi Bankın qarşısında) Novruz personajları, kəndirbaz və pəhləvanların, milli geyimli oğlan və qızların iştirakı ilə bayram tonqalları alovlandırılacaq. Saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında İlaxır çərşənbə münasibətilə bayram tonqalı alovlandırılacaq. İncəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.

Bayramınız mübarək!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199

Oxşar yazılar