Ötən həftə Azərbaycan Dövlət Filarmoniyasında Ramiz Mirişlinin 80 illik yubileyi qeyd olunub. Lent.az-ın məlumatına görə, gecədə iştirak edən Azərbaycanın xalq artisti Brilliant Dadaşova tədbirdə Ramiz Mirişlinin ölməz əsərlərindən birini -“Dedin gələcəyəm” adlı əsərini ifa edib. Onu Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayev və 91 musiqiçidən ibarət heyət müşayiət edib.
Brilliant Dadaşova “dahilərimizin son beşiyi” adlandırılan R. Abdullayevin onu müşayiət etməsindən sonra təəssüratlarını “Mən cənnəti Yer üzündə yaşadım” deməklə bölüşüb.