Bişkek İslam mədəniyyətinin paytaxtı oldu
29 yanvar 2014 18:22 (UTC +04:00)

Bişkek İslam mədəniyyətinin paytaxtı oldu

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Qırğız Respublikasının Bişkek şəhərini 2014-cü ildə İslam mədəniyyətinin paytaxtı elan edib. Lent.az-ın qırğız mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin mədəniyyət və turizm naziri Sultan Rayev Bişkekdə keçirdiyi mətbuat konfransında deyib.

 

S. Rayev onu da əlavə edib ki, burda heç bir siyasi söhbət ola bilməz: “Qırğız Respublikası İƏT-in üzvüdür. Burada müasir, dünyavi məsələlər müzakirə olunacaq”.

 

Nazir bildirib ki, il ərzində İslam mədəniyyəti ilə bağlı ən müxtəlif tədbirlərin - sərgilər, turizm yarmarkası, kino festivalların keçirilməsi, İƏT-in maliyyə dəstəyi ilə Qırğızıstandakı bir sıra müsəlman abidələrinin bərpası nəzərdə tutulub. Bu tədbirlərə İƏT-in üzvü olan ölkələr dəvət ediləcəklər.

 

 

Qeyd edək ki, İƏT-ə 57 ölkə daxildir və bu layihə 2005-ci ildən etibarən hər il keçirilir. 2007-də Daşkənd, 2009-da Bakı, 2010-da Düşənbə İslam mədəniyyətinin paytaxtı seçilib. Bişkek şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı rəsmi mərasim mayın 3-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar