Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Mahaçqalaya yaradıcılıq ezamiyyətinə gedib. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rejissor Qafqaz, Şimali Qafqaz və Abxaziya teatr rejissorlarının artıq 3-cü dəfə keçirilən rejissor laboratoriyasında iştirak edir.
Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə keçirilən rejissor laboratoriyasında rejissorlar dünya teatr prosesində baş verən yeniliklər, teatrlararası təcrübə mübadiləsi haqqında söhbət-diskussiya aparırlar. Tədbirlər 1 həftə davam edəcək.
Qeyd edək ki, tədbir Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə iki ildən bir keçirilir.