Bakıda YUNESKO-nun sessiyası keçirilir 
02 dekabr 2013 11:04 (UTC +04:00)

Bakıda YUNESKO-nun sessiyası keçirilir 

Bu gün Bakıda YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası başlayıb. Lent.az-ın məlumatına görə, 95 ölkədən 600 nəfərdən artıq nümayəndənin iştirak etdiyi sessiya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilir. Azərbaycan tərəfdən tədbirdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri, elm xadimləri iştirak edir. Tədbirlər çərçivəsində Qeyri-Maddi Mədəni İrsin Qorunması Üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd olunacaq.

 

Gündəlikdə duran əsas məsələ Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin  və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı üzrə qərar verilməsidir. Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısında Azərbaycanın qədim çövkən oyunu da yer alıb. Sessiya çərçivəsində Konvensiyanın milli səviyyədə icrası ilə bağlı dövri hesabatların dinlənilməsi, geniş tərkibli müzakirələr və mədəni tədbirlər planlaşdırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar