Noyabrın 27-də Nizami Kino Mərkəzində "Koreya Kino Festivalı - 2014"ün rəsmi açılışı olacaq. Lent.az-ın məlumatına görə, festival SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi, Koreya Fondu və Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilir. Festivalın rəsmi təşkilatçısı, 2004-cü ildən fəaliyyət göstərən SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyidir. Assosiasiyanın əsas məqsədi Azərbaycan və Koreya arasında mədəni, elmi, tibbi, xeyriyyə, təhsil və başqa layihələrin reallaşdırılmasıdır.
Festivalın açılışında SEBA Assosiasiyası İctimayi Birliyin rəsmi üzvləri, Koreya səfirliyinin əməkdaşları, xarici və digər qonaqlar iştirak edəcəklər.
3 gün davam edəcək "Koreya Kino Festivalı"nın filmləri Nizami Kino Mərkəzinin II zalında nümayiş olunacaq.
"Koreya Kinosu Festivalı 2014"ün nümayişlərinə giriş sərbəst olacaq.