Dekabrın 6-dan 11-dək Bakıda I Britaniya film festivalı keçiriləcək. Lent.az-ın məlumatına görə, bəzi təşkilatların və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq festival “28 Cinema” kinoteatrında baş tutacaq.
Açılışda “Furşet” və “Selfish Giant” (Eqoist Div) filmləri göstəriləcək. Filmlər yalnız ingilis dilində nümayiş olunacaq.