Bakıda balqabaq bayramı keçiriləcək
21 oktyabr 2013 14:10 (UTC +04:00)

Bakıda balqabaq bayramı keçiriləcək

Bakıda ilk dəfə Avropa və Amerikanın ən böyük bayramlarından biri olan “Helloween”  keçiriləcək. Lent. az-ın məlumatına görə, bayram şousu oktyabrın 30-da Novxanı qəsəbəsində, dənizinin sahilində qeyd ediləcək. Şənlikdə tamaşaçıları sevilən DJ və müğənnilərin iştirakı ilə konsert proqramı, illüziya şousu, st-up comedy şou, rəqslər, müxtəlif əyləncəli yarışmalar və hədiyyələr gözləyir.

 

“Helloween”in özəlliklərindən biri də hər kəsin bura maska ilə qatılmasıdır. Şənliyin təşkilatçıları Ramin Şövkətov və Nərgiz Mirəzyevadır. Şou proqram 18:00-dən 23:00-dək davam edəcək.

Qeyd edək ki, “Helloween” hər il oktyabrın 31-də qeyd edilən müasir balqabaq bayramıdır. Bayram Keltlərin adətləri əsasında hazırlanıb. Hazırda bu bayram ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Sinqapur, Cənubi Koreya, Yaponiya, Avstraliya, Yeni Zelandiya və başqa ölkələrdə təntənəli şəkildə keçirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1461
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar